Digər idman növləri
"Team Novo Nordisk" yenidən Azərbaycana gəlib
Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə dünyada diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda - Amerika Birləşmiş Ştatlarının "Team Novo Nordisk" komandası da iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, Diabetli insanlardan təşkil edilmiş kişi pro-kontinental velosiped komandası, "Team Novo Nordisk"in (veloyarış, triatlon, qaçış) ən aparıcı komandasıdır.
"Team Novo Nordisk" komandası keçən il də "Tour d’Azerbaïdjan" veloyürüşündə mübarizə aparıb və bu il də yenidən bütün idmançılarla bərabər şərtlər altında çıxış edəcək.
Qeyd edək ki, mayın 6-da start götürəcək veloyürüşdə ümumilikdə 24 ölkənin 25 komandası iştirak edəcək. Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
"Novo Nordisk" şirkəti Azərbaycan Diabet Cəmiyyəti ilə birlikdə, gənc diabetli insanların diabetin səviyyəsini yaxşı saxlmaqla nəyə qadir olmağını göstərmək məqsədilə, "Team Novo Nordiskə" dəstək olmaq üçün bir neçə tədbir həyata keçirəcək. Mayın 10-da veloturun finiş xətti yaxınlığında "Novo Nordisk"in tenti qurulacaq, diabetlə bağlı materiallarla tanış olmaq, həmçinin komandanın üzvləri ilə görüşmək imkanı yaradılacaq. Həmin gün, komandanın üzvləri ilə diabetli gənclərin görüşü keçiriləcək. Görüş zamanı diabetin nəzarətdə saxlanılmasında idmanın rolu barədə söhbət aparılacaq.
“Belə yarışlarda iştirak bizə gücümüzü daha da artırmağa imkan verir və bununla dünyaya göstəririk ki, diabetlə yaşayaraq öz arzularına çatmaq olar”. Bu fikirlər komandanın yaradıcılarından biri Fil Santerlanda məxsusdur. Onun sözlərinə görə, yaxşı nəticələrə nail olmaqla, diabetlə yaşayanları ruhlandırmaq və diabetə nəzarət etməklə öz arzularına çatmağın mümkünlüyünü sübut etmək olar. “Keçən il mən ilk dəfə "Tour d’Azerbaïdjan" veloyürüşündə iştirak etdim və mənə Bakının nə üçün "Küləklər şəhəri" adlanması dərhal aydın oldu" - deyə, komandanın üzvü Kris Uilyanıs bildirib. “Kağız üzərində "Tour d’Azerbaïdjan" adi yarış kimi görünür, lakin küləkli hava şəraitində vəziyyət təmamilə fərqlidir. İndi mən daha təcrübəliyəm və yaxşı hazırlaşdığıma inanıram. "Tour d’Azerbaïdjan"da iştirak etdiyim üçün çox sevinirəm.
Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 387 milyon insan diabetlə yaşayır və ehtimal olunur ki, bu rəqəm 2035-ci ilə qədər artaraq 592 milyona çatacaq. Azərbaycanda isə diabetli insanların sayı 220 mindən çoxdur.
“Diabetə qalib gələrək yaşamaq” layihəsi ilə "Novo Nordisk" şirkəti bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk" diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, 90 illik tarixə malik dünyaca tanınmış bir şirkətdir.
"Novo Nordisk" yüksək effektli ləvazimatların istehsalında ən qabaqcıl şirkət kimi, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verir. Şirkət həmçinin hemofiliyanın müalicəsi sahəsində və hormon əvəzedici müalicələri üzrə də ixtisaslaşıb. "Novo Nordisk" 75 ölkədə 41 min işçi yeri yaratmaqla dünyanın 180 ölkəsində fəaliyyət göstərir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq