18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Belarus Avropa Oyunlarına 153 idmançı 54 məşqçi ilə gəlir

Belarusun Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək yığma komandasının heyəti təsdiqlənib. Futbolxeber.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, komandaya 153 idmançı və 54 məşqçi daxil edilib.

Belarus idmançıları akrobatika, boks, sərbəst və yunan-Roma güləşi, velosiped idmanı (VMX və şose), çimərlik voleybolu, gimnastika, baydarka və kanoyedə avarçəkmə, cüdo, üzgüçülük, suya tullanma, batut üzərində tullanma, kamandan oxatma, güllə atıcılığı, stolüstü tennis, triatlon, qılıncoynatma, badminton, karate, sambo, taekvando üzrə yarışacaqlar.

“Bakı-2015”də iştirak edəcək heyətin siyahısında bədii gimnastika üzrə Belarus milli komandasının ən güclü idmançıları Melitina Stanyuta və Yekaterina Qalkina, Olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviçlər (kanoe), Vadim Maxnev və Roman Petruşenko (baydarka), Sergey Martınov və Konstantin Lukaşik (güllə atıcılığı) yer alıblar.

Yerli mütəxəssislərin proqnozlarına görə, Belarus atletləri Azərbaycan paytaxtında 35 medal uğrunda mübarizə aparmaq iqtidarındadırlar.

Belarus idmançılarının birinci qrupu Bakıya iyunun 10-da gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30