28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Boks üzrə muxtar respublika turniri başa çatdı

1 may 2015-ci il tarixində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirdə muxtar resbuplikanın şəhər və rayonlarının ümumilikdə 150-dən çox dəri əlcək sahibi mübarizə aparıb.

Turnirin bağlanış mərasimində çıxış üçün söz Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmaylova verilib. O, qeyd edib ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbovun idmana göstərdiyi diqqət və qayğı özünü göstərməkdədir. Bunun bariz nümunəsi kimi muxtar repsublika bir çox beynəlxalq turnirlərə “ev” sahibliyi edir. Bu gün umummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönünümə həsr olunmuş boks üzrə turnirində idmançıların yüksək peşəkarlıqla döyüşləri bizdə xoş təəssüratlar yaratdı. Keçirilən bu turnir bir daha onu göstərir ki, Azərbaycanın bütün bölgələsində olduğu kimi muxtar respublikada da idman yüksək səviyyədə inkişaf edib. Mən, bu idman tədbirini təşkil edən təşkilatçılara təşəkkürümü bildirirəm və qalib idmançılara daha böyük müvəffəqiyyətlər arzulayıram”.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirdi ki, muxtar respublikada fəaliyyət göstərən 12 federasiya nazirliklə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş turnirlər keçirəcək və ilk belə turnir boks üzrə muxtar respublika turniridir. Naxçıvanda təşkil olunan beynəlxalq turnirlər onun göstəricisidir ki, bu gün təkcə paytaxt Bakıda yox, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikada da idman sahəsinə diqqət yüksək səviyyədədir. Bu il ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarının məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə ötən günlərdə Alov fest ivalı təşkil edildi və bu hadisə Naxçıvan idmançıları üçün əlavə stimul yaratdı. Muxtar respublikada idmana, idmançılara göstərilən qayğının nəticəsidir ki, bu gün beynəlxalq arenalarda idmançılarımız Azərbaycanın bayrağını layiqincə dalğalandırırlar. İnanırıq ki, bu gün keçirilən boks turnirində uğur qazanan boksçularımız gələcəkdə daha böuük nailiyyətlər əldə edəcək. Hər bir idmançını, onu yetişdirən, hazırlayan məşqçi-müəllimləri təbrik edirəm”.

2 gün davam edən və 13 çəki dərəcəsində 150-dən çox idmançının mübarizə apardığı turnirdə İlkin Qurbanov (34 kq), Ülvi Süleymanov (38 kq), Muxtər Fərzəliyev (42 kq), Ayxan Cavadlı (46 kq), Əhməd Cəfərov (48 kq), Kərim Babayev (52 kq), Nihad Quliyev (56 kq), Arif Babayev (60 kq), Məhəmmədəli Bağırov (64 kq), Elnur Muxtafayev (69 kq), Qənbər Abdullayev (75 kq), Elmar Cəbrayılov (81 kq) və Ayxan İsayev (91 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Mənbə: nmrbf.com

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31