28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bakı-2015: Məşəl öncə Leriki, ardınca Astaranı gəzəcək

Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin gəzintisi davam edir. Futbolxeber.az-ın məlumatına görə, paytaxtda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvan və Lənkəranın ardınca bu gün də cənub zonasını dolaşacaq.

Oyunların rəmzi ilə öncə Lerik sakinləri tanış olacaqlar. Talış dağlarının yüksəkliyində, təmiz dağ havasının uzunömürlülüyü təşviq etdiyi ərazidə məşəlin estafeti saat 11:00-da start götürəcək. 1 saatlıq gəzintidən sonra Heydər Əliyev meydanında məşəlçilərin qarşılama mərasimi baş tutacaq. Tədbir 30 dəqiqə davam edəcək.

Yerli sakinlərin əkinçilik, xalçaçılıq, dəmirçilik və dülgərliklə məşğul olduğu Lerikdə məşəlin Uzunömürlülər Muzeyində, daş dövrünə aid dağ kəndi Mistan yaxınlığında yerləşən mağara - Qız Yurdunda və kəklikotu tarlalarını gəzməsi də planlaşdırılır.

Yarışın rəmzi ardınca Astaraya yollanacaq. Lənkəran ovalığının cənub qurtaracağında yerləşən rayonda məşəl estafeti saat 17:00-da başlayacaq.

Regionun şərqində Xəzərin qara qumlu sahilləri, qərbində meşə və bulaqlar, subtropik iqlim ilin dörd fəsli turistlərin istirahəti üçün gözəl imkanlar yaradan Astarada rəmzin qarşılama mərasimi Dənizkənarı Parkda, saat 18:00-da olacaq və 1 saat davam edəcək.

Məşəlin Astarada düyü plantasiyalarını, arıçılıq təsərrüfatını və Ərçivan kəndində mövcud olan sulfid su qaynaqları - Yanan bulağı gəzməsi də gözlənilir.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Mənbə: Apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31