23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

"Avropa Oyunlarına tam hazırıq"

“Avropa Oyunlarına 43 gün qalmış ilk akkreditasiyanı almağıma çox sevinirəm. Bu akkreditasiyanın və uniformaların əhəmiyyəti çox böyükdü. İşçi heyətimizin və könüllülərimizin bunlardan qürurla istifadə edəcəklərinə şübhəm yoxdu”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı-direktoru olan Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları üçün öz uniformalarını və akkreditasiya kartlarını götürüblər. Nazir Bakı-2015-in Uniformaların paylanması və Akkreditasiya Mərkəzində baş tutan mərasimdə fikirlərini də açıqlayıb.

O bildirib ki, Oyunlara qısa bir müddət qaldığı vaxtda Azərbaycan böyük bir yol keçib: “Bu yol öncə bizə - hazırlıq işləri üçün çalışan gənclərimizə, 1000 nəfərdən artıq Avropa Oyunlarının Təşkilat Komitəsində işləyən heyətimizə, həmçinin 17-18 minə qədər komandamızla çalışan könüllülərə böyük bir təcrübə gətirib. Bütün xalq, Azərbaycan gözəl anları yaşayır. Həqiqətən də ölkəmizdə belə möhtəşəm, belə böyük tədbir heç vaxt keçirilməmişdi. Biz çox sevinirik ki, bu gün - Oyunlara 43 gün qalmış deyə bilərik ki, yarışa tam hazırıq”.

Rəhimov iyunun 12-28-də baş tutacaq Oyunlar üçün heç bir sahədə gecikmə olmadığını vurğulayıb. O qeyd edib ki, dünyanın ən yüksək standartlarına cavab verən idman qurğuları inşa olunaraq, istifadəyə verilir: “Bunlar sabah gənclərimizin, sakinlərimizin ixtiyarında olacaq. Bu gün şəhərimiz gündən-günə gözəlləşir. Paytaxtın müxtəlif yerlərində yeni brendinqlərin açılışının şahidi olacaqsız. Tam əminliklə deyə bilərəm ki, Bakı Oyunları keçirməyə və qonaqları qəbul etməyə hazırdı”.

Nazirin sözlərinə görə, Bakı-2015 ailəsinin geyinəcəyi uniformalar paytaxtımıza gələcək idmançılar, qonaqlar üçün bu proyektdə nə qədər insanın çalışdığını birbaşa göstərəcək.

Avropa Oyunlarının yüksək səviyyəlidə keçiriləcəyinə əminliyini ifadə edən Rəhimov yarışın Azərbaycanın tarixində qalacağını, xüsusi iz buraxacağını deyib.

Rəhimov Avropa Oyunlarının təbliğində rol oynayan KİV nümayəndələrinə də təşəkkürünü çatdırıb: “Sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirəm ki, daima bizlə birgə olmusuz. Bizim bütün addımlarımızı işıqlandırmısız. Şəhərdə bu gün çox gözəl ab-hava var və inanırıq ki, bu Oyunlar Azərbaycanın inkişafını, dəyərlərini, mədəniyyətini, qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcək”.

Nazirin ardınca tədbirdə söz alan Saymon Kleq dəstəyə görə Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırıb. Baş direktor dünya səviyyəli tədbirin plana uyğun getdiyi üçün sevincini də gizlətməyib. O bildirib ki, uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına daha bir addım yaxınlaşdırır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30