23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Birinci Avropa Oyunlarının məşəli Lənkəranda

Birinci Avropa Oyunlarının məşəli Naxçıvan Muxtar Respublikasından sonra cənub bölgəsinə gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, aprelin 29-da Lənkəran birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib.

Lənkəran Beynəlxalq Hava Limanında estafet iştirakçılarını rayon rəhbərliyi, idmançılar, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Yürüş iştirakçıları əvvəlcə Lənkəran Mərkəzi Stadionundan hərəkət edərək Göyşaban kəndindəki istirahət mərkəzində, Lənkəran şəhərindəki “Mayak” abidə-kompleksində, Haftonu qəsəbəsində çay plantasiyasında olublar.

Lənkəran şəhərindəki Bayraq Meydanından başlanacaq məşəl yürüşü Heydər Əliyev prospekti boyunca 4,8 kilometr məsafədə 12 idmançı tərəfindən davam etdiriləcək.

Axşam saatlarında isə Lənkəran şəhərindəki Heydər Əliyev parkında birinci Avropa Oyunlarının məşəlinin qəbul edilməsi ilə bağlı Alov festivalı keçiriləcək. Festivalda musiqi kollektivləri konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli 48 günlük səyahəti zamanı 15 şəhər və rayondan keçməklə təxminən 5500 kilometr məsafə qət edəcək. Bu səyahətə 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi və 1000-dən çox məşəlçi cəlb olunub. Estafetdə “Bakı-2015”in ulduz elçiləri də iştirak edirlər. Hündürlüyü 66 santimetr olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Başlığın üzərindəki 50 çəyirdək isə Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30