28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Vişvanatan Anand: "Əvvəl Hindistan ancaq kinolarıyla tanınırdı"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində ikinci yerin sahibi, sabiq dünya çempionu Vişvanatan Anand yarışın rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- ShamkirChess2015 turnirini özünüz üçün necə qiymətləndirirsiniz?

- İlk olaraq təşkilatçılara - Synergy Group-a təşəkkür etmək istərdim. Hazırda şahmat üzrə superturnirlər o qədər çox deyil. Bu mənada Şəmkirdəki təşkilatçılıq çox xoşuma gəldi. Yekun nəticələrə gəldikdə 10 güclü şahmatçı arasında ikinci yeri tutdum. Liderdən 1 xal geri qaldım. Bəlkədə əvvəlki turlarda səhvlərim az olsaydı daha çox xal toplayardım. Ümumi nəticə yaxşıdır.

- Hansı rəqiblə oyun daha çətin alındı?

- Şəmkirdə zəif rəqib yox idi. Heç bir turda asan qələbə olmadı. Heyət baxımından yarış doğurdan superturnir idi. Hazırkı dünya çempionu, sabiq dünya çempionları yarışda güclü rəqabət yaratdı. Ona görə ilk üçlüyə düşmək uğrunda sona qədər mübarizə getdi.

- 8-ci turda Şəhriyar Məmmədyarova qalib gəldiniz. Həmin partiya haqda nə düşünürsünüz?

- Şəhriyara qarşı yaxşı hazırlaşmışdım. Əvvəllər bir neçə dəfə rəqib olmuşuq. Təcrübəli şahmatçıdır. Onunla oyunda diqqətli olmaq lazımdır. 8-ci turdakı partiya düşündüyüm kimi keçdi. Qələbə qazanmaq mənim üçün çox vacib idi. Əks halda liderdən geri qalacaqdım. Yaxşı mübarizə oldu və layiqli qələbə qazandım.

- Şəmkirdə ən yaxşı nəticəni dünya çempionu Maqnus Karlsen göstərdi. Gələcəkdə şahmat tacını ondan geri almaq barədə planınız var?

- Son 10 gün ərzində bütün diqqətim Şəmkirdəki turnirə yönəlmişdi. İndi bir qədər istirahət etməyi düşünürəm. Karlsenlə çempionluq matçında iki dəfə oynamışam. Fürsət olsa yenidən qarşılaşmaq istəyərdim. Amma hazırda bu barədə heç bir planım yoxdur. Gələn ilə hazırlaşmağa vaxtım var.

- Sizin üçün Maqnus Karlsenlə oynamaq çətindir yoxsa, sabiq dünya çempionu Vladimir Kramnikə qarşı mübarizə aparmaq?

- Hər iki şahmatçıyla karyeramın müxtəlif dövrlərində şahmat taxtası arxasına əyləşmişik. Güclü şahmatçılardır. Müqayisə etmək çətindir. Etiraf edim ki, Karlsenə qarşı oynamaq çox çətindir. Sərt mübarizə aparır. Hazırda çox yaxşı formadadır.

- Bəziləri Maqnuzun uzun müddət çempionluq titulunu özündə saxlayacağını söyləyir. Bu fikirlə razısınız?

- Gəlin irəlidə nə olacağını proqnozlaşdırmayaq. Biz hamımız çempion olmaq istəyirik. Bütün şahmatçılar bunun üçün yarışır. Karlsen titulunu qorumaq üçün çox çalışmalıdır.

- Anandın çempionluğu həyatında nəyi dəyişdi?

- Dünya çempionluğu insanın həyatını tamam dəyişir. Bir sıra mötəbər turnirlərə dəvət alırsan. Yenidən titulunu qorumaq istəyirsən. Gərgin iş rejimi bəzən insanı yorur. Bununla belə dünya çempionu olmaq çox məsuliyyətli və şərəflidir. Dünya çempionu olandan sonra Hindistanda şahmat çox sevildi. Əvvəllər Vətənim ancaq kinolarla tanınırdı. İndi isə Hindistanda şahmata böyük həvəs var.

- Sonda ilk dəfə səfər etdiyiniz Şəmkir haqda fikirlərini bilmək maraqlı olardı...

- Azərbaycanda şahmata böyük marağ var. Bir sıra turnirlərdə Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarova qarşı oynamışam. Şəmkirdə şahmat məktəbində olarkən uşaqların şahmata olan marağı məni valeh etdi. Vüqar böyük insan olub. Onun adı daima yaşamalıdır. Belə turnirlər daim keçirilməlidir. Şəmkirin gözəl şəhər olduğunu deməliyəm. Bura çox xoşuma gəldi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31