20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fransadan çempionluq xəbəri gəldi

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Fransada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Le Tour de Bretagne" veloyürüşündə mübarizə aparır. Futbolxeber.az-ın məlumatına görə, 7 mərhələli yarışın dünən keçirilən 172 km-lik 2-ci mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsi ilə yadda qalıb.

Məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finişi ondan sonra keçən pelotonu 2 saniyə qabaqlayıb. Yeri gəlmişkən, pelotonun içərisində olan digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” - deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. Qeyd edək ki, “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış etməyə başlayan Sloveniya çempionu Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.

Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30