26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Sahib Ələkbərov: “Bu idman obyekti Avropada tikilmiş ən gözəl BMX stadionlardan biridir”

Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunun hazırlığını yoxlamaq üçün bu gün sınaq yarışı təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, sınaq xarakterli yürüşlər həyata keçirildikdən sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb.

Federasiya rəsmisi əvvəlcə inşa edilən yeni stadion haqda məlumat verib: “Bu gün Avropa Oyunları ərəfəsində biz daha bir gözəl idman obyektində işlərin başa çatmasını qeyd edirik. Daha əvvəl ABŞ-dan ən məşhur BMX ustalarından biri olan Bari Noblersi dəvət etmişdik. O, stadionu sınaqdan keçirərək, müsbət fikirlər səsləndirmişdi. Bu gün isə Almaniya, Rusiya, Latviyadan olan idmançılar da stadionu sınaqdan keçirdilər və gördüklərindən razılıq ifadə edirlər. Bu idman obyekti nəinki MDB-də, ümumiyyətlə Avropada tikilmiş ən gözəl BMX stadionlardan biridir. Onun bir çox üstünlükləri var. Birincisi, yerləşdiyi məkan çox gözəl seçilib. Bir tərəfi dəniz, digər tərəfi isə dağ və meşədir. Üstəlik, burada 2 start-finiş meydançası var. Halbuki, əksər stadionlarda bu yoxdur. Güman edirəm ki, yeni inşa olunan arena Azərbaycanda velosiped idmanın inkişafına öz müsbət təsirini göstərəcək”.

Sahib Ələkbərov qeyd edib ki, stadionun yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Daha əvvəl burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılmasına qərar, daha sonra isə ərazidə park salınmasına göstəriş verib. Mərhum dövlət başçımızın şəxsən özünün əkdiyi ağaclar indiyə qədər burada qalır. Ölkə prezidenti İlham Əliyev isə göstəriş verib ki, bura idman şəhərciyinə çevrilsin. Burada gözəl velopark yerləşir. 4 marşrut üzrə velosipedçilərin yarış və məşq keçməsi üçün lazımi şərait var. İşlərin başa çatmasına çox az qalıb. Yaxın bir neçə gün ərzində arena tam hazır olacaq. Avropa Oyunlarında həm şosse, həm də dağ velosipedi üzrə yarışlar baş tutacaq. Dağ velosipedi üzrə sınaq yarışını ötən il oktyabrın 18-də keçirdik. Hər şey hazırdı. Azərbaycan velosipedçiləri fəxr edə bilər ki, belə gözəl bazaya sahibdirlər. Bu, onların inkişafına müsbət təsir göstərəcək”.

Sonda isə Sahib Ələkbərov tezliklə ölkəmizdə keçiriləcək “Tour d’Azerbaidjan-2015” haqda danışıb: “Tour d’Azerbaidjan-2015” 6-10 may tarixlərində keçiriləcək. Bu yarış ölkəmizdə böyük ərazini əhatə edəcək. 10 rayon və şəhərdə yarış baş tutacaq. İdmançılar 883 km məsafəni qət edəcəkər. Son mərhələ həm də Avropa Oyunları öncəsi şosse yarışlarında sınaq mərhələsi hesab olunur. Mötəbər yarış üçün hər şey hazırdı. Tamaşaçılar da maraqlı idman mübarizəsindən zövq alacaqlar. Avropalı televiziya tamaşaçıları bu yarışın 3 mərhələsinə canlı tamaşa edə biləcəklər. Ölkəmizdə isə “Tour d’Azerbaidjan-2015”in bütün mərhələlərini canlı yayımda izləmək mümkündür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30