26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Rauf Məmmədov: "Şəhriyara qarşı sadəcə bəxtim gətirdi"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VII turun bir görüşü başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, Synergy Group-un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.

Partiyadan sonra Məmmədov bəxtinin gətirdiyini deyib: "Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Etiraf edim ki, Şəhriyarı çox yaxşı tanıyıram. Məmmədyarov iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər ikisində onun komandasında yer almışam.

Bu dəfə etiraf edim ki, bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Şəhriyar Azərbaycan yığmasının lideridir. Sözsüz yaxın dostumdur. Bununla belə böyük çətinliklə vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki, qaralarla oynayırdım.

Turnirin son günü doğum günüm olacaq. Həmin gün isə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacam. Görək necə olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30