24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Almaniya Bundestaqında birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Almaniya Bundestaqında Azərbaycanda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub. Futbolxeber.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, Bundestaqın İdman Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə bu komitəni təmsil edən deputatlar, Almaniya Federativ Respublikası Hökuməti və bu ölkənin Milli Olimpiya Komitəsinin nümayəndələri, Bundestaq Aparatı və deputat bürolarının əməkdaşları, jurnalistlər iştirak ediblər.

Bundestaqın İdman Komitəsinin sədri, deputat Daqmar Frayta tədbirdə çıxış edərək “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıqdan danışıb.

Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

Tədbirdə Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, Oyunlarda iştirak etmək istəyən jurnalistlər üçün akkreditasiya şərtləri, müasir infrastruktur layihələri barədə məlumat verilib.

Çıxışlardan sonra məruzəçilər Bundestaqın İdman Komitəsi üzvlərinin Avropa Oyunlarına hazırlıqla bağlı suallarını cavablandırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30