23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Hərbçilərin ən güclüsü müəyyənləşdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliklərinin təşkilatçılığı ilə "Silahlı Qüvvələr Kuboku" velosiped yarışı təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, "Velopark"da keçirilən yarışda Silahlı Qüvvələrin müxtəlif qurumlarının 16 komandası iştirak edib.

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 3 komanda müəyyənləşib. Həlledici yürüşdə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olublar.

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliklərinin sədrləri Mirhəsən Seyidov və Emin Həsənli təqdim edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30