19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Mingəçevirdə "Məktəbli Kuboku" yarışı keçiriib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə Mingəçevir şəhər məktəblilərinin Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş "Məktəbli Kuboku" velosiped yarışı təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, Mingəçevir şəhər stadionu ərazisində keçirilən yarışda 13 məktəbin komandası iştirak edib.

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 4 komanda müəyyənləşib. Həlledici yürüşdə isə bütün rəqiblərini qabaqlayan 2 saylı məktəbin komandası yarışın qalibi olub. 13 saylı məktəbin kollektivi 2-ci, 3 saylı məktəbin velosipedçiləri isə 3-cü yeri tutub.

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatları Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AVİF-in baş katibi Fərhad Əliyev və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin Mingəçevir ofisinin rəhbəti Tural Kərimov təqdim edib.

Xatırladaq ki, federasiya tərəfindən bunadək Nərimanov, Səbail və Xəzər rayonlarının məktəbləri arasında da "Məktəbli Kuboku" turniri təşkil edilib. Bu yarışlar ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30