15 Iyun 2021, Çərşənbə axşamı
Uels millisi Bakıda gəzintidə
Səlahət Ağayev “Sabah”da
Beyl Bakının istisindən şikayətləndi
Mustafayev "Sumqayıt"da qaldı

Digər idman növləri

Erməni idmançı azərbaycanlı həmkarının uğuruna dözə bilmədi

Azərbaycan sambo ustası Bəxtiyar Abbasovun beynəlxalq turnirdə Ermənistan himni səslənən zaman ayağa durmaması sosial şəbəkələrdə böyük müzakirə obyektinə çevrildi, onu dəstəkləyənlər də oldu,təəssüflər olsun ki, qınayanlar da. Futbolxeber.az-ın məlumatına görə, aşağıda təqdim etdiyimiz video isə bu yarışlardan bir ay əvvəl, 27 fevralda Bolqarıstanda keçirilən digər Beynəlxalq turnirdə görüntülənib. Bu 60 kq-dək boksçular arasında keçirilən yarışda Azərbaycan idmançısı Elvin İsayev finalda Ermənistan təmsilçisi Samvel Barseqyanı məğlub edərək turnirin qalibi olub. Lakin idmançımızın şərəfinə himn səslənərkən erməni boksçu fəxri kürsüyə qalxmaqdan imtina edib. Buyurun, baxın. Maraqlıdır, bəs indu bu anadək Bəxtiyar Abbasovu qınayan həmvətənlərmiz nə deyəcəklər? Və onların “səyi” nəticəsində bizin samboçumuzdan alınan medalı necə qaytaracaqlar? İnanmıram ki Samvel Barseqyan bu hərəkətinə görə Ermənistanda Bəxtiyarın Azərbaycanda rast gəldiyi təpkilərlə üzləşsin.

Mənbə: atv.az

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2021
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30