29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

İdmançının ölümüylə bağlı federasiya prezidentindən açıqlama: “Bu idman növü riskli olsaydı...

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov Hövsan Olimpiya Kompleksində Azərbaycan çempionatında baş verən ölüm hadisəsiylə bağlı sportpress.az saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Əsgərov bu idman növünün təhlükəli olmadığını vurğulayıb: “İlk olaraq mətbuatda qaydasız döyüş üzrə Azərbaycan çempionatının keçirilməsinin qeyd olunması barədə söyləmək istərdim. Yarış həvəskarlar arasında MMA üzrə idi. Qaydasız döyüş deyildi. Gördüyünüz kimi idmançılar dəbilqədə idi. Ölüm hadisəsinə gəlincə hər şey ani oldu. Ramin Zeynalova güclü zərbə də dəyməyib. Rinqdə yerə yıxıldığı zaman huşunu itirdi. Bu idman növü riskli olsaydı, oğlumu bu idmana qoymazdım. Həmin gün çempionatda oğlum da iştirak edib. Biz özümüz çox pis olmuşuq. İdmançının ölümü hamımıza pis təsir edib. Lakin bunda bizim günahımız yoxdu. Uzun müddətdir idmanla məşğul olub. Kim deyə bilərdi ki, Azərbaycan çempionatında belə hadisə olacaq. Yarışda həkimlər var idi, hadisədən dərhal sonra ona kömək etmək istəsələr də mümkün olmadı. İdmançının ölümündə bizim günahımız yoxdur. Ramin Zeynalov neçə illərdir idmanla məşğul olur. Əvvəllər taekvando və kikboksinqlə məşğul olub. MMA-da iki-üç aydır gücünü sınayır. Sağlamlığı barədə həkimdən sənədini bizə təqdim edib. Allahın qisməti imiş. Ola bilər səhhətində problemi olub. Dəfn mərasimində iştirak edərək ailəsinə bağsağlığımızı çatdırdıq. Müəyyən köməklik göstərməyə çalışdıq. Ailə üzvləri də dedi ki, Raminin ölümündə bizim günahımız yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31