17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Tino Peres: “Ukrayna ilə oyunda heç-heçəni düşünsək, uduzarıq”

“Komandamı təbrik edirəm. Ardıcıl ikinci qələbəmizi qazandıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Tino Peres deyib.

Avropa çempionatının əsas seçmə mərhələsinin ikinci turu çərçivəsində Danimarkanı 11:2 hesabı ilə üstələyən millimizin çalışdırıcısı görüşün əvvəlində rəqibə mümkün qədər çox qol vurmaq barədə düşünmədiklərini bildirib: “İlk növbədə fikrimiz qələbə qazanmaq idi. Daha sonra qol fərqi barədə düşünmək olardı. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi sanki ayıltdı. Bundan sonra ard-arda qollar gəldi”.

Peres son turda Ukrayna ilə görüşə də yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Hazırda qrup lideriyik. Son turda Ukrayna ilə qarşılaşacağıq. Həmin oyuna da yalnız qələbə haqda düşünəcəyik. Ukrayna ilə oyunda heç-heçəni düşünsək, uduzarıq”.

  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30