29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Azad Rəhimov: “Stadionda hansısa problem yaransaydı, heç kim orada işlәmәzdi”

Gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya stadionunun çökməsi ilə bağlı yayılan məlumatlara aydnlıq gətirib. Futbolxeber.az-ın “Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, nazir bildirib ki, Olimpiya stadionunda gözәl işlәr aparılır: "Stadionda yüzlərlə insan işlәyir. Әgәr hansısa bir problem yaransaydı, heç kim orada işlәmәzdi. Bu xəbərlər Azәrbaycanda keçirilәn Avropa oyunlarına zәrbә vurmaq üçündür. Azәrbaycanda şayiәlәr çoxdur. Bu da onlardan biridir".

Azad Rәhimov ermәnilәrin Avropa oyunlarında iştirakı ilә bağlı sualı da cavablandırıb. O bildirib ki, Avropanın bütün ölkәlәri Bakıya dəvətlidir: "Biz bütün komandaları vә onların bura gәlәn idmançılarının sayını izlәyirik. Eşitdim ki, ermәnilәrin yunan-roma gülәşçilәri vә gimnastları Azәrbaycana gәlmәk istәmir. Dünәn Ermәnistan Milli Olimpiya komitәsi dә iclas keçirib vә qәrar qәbul edib ki, ermәni idmançıları Avropa oyunlarında iştirak etmәkdә sәrbәstdir".

Nazir qeyd edib ki, itlərin öldürülməsi ilə bağlı heç bir tapşırıq verilməyib: "Biz itlәrin öldürülmәsi ilә bağlı tapşırıq vermәmişik. Bu, epidemiya ilә bağlı ola bilәr, ya da ekologiya ilә bağlı. Onlar tәhlükәlidir deyә öldürülür. Amma mәn o itlәrin öldürülmәsinin tәrәfdarı deyilәm. Onlar üçün xüsusi sığınacaqlar tikilsә, daha yaxşı olar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Әliyevanın sahibsiz itlәrə sığınacaq verilməsi ilə bağlı layihəsi var. Sizә bir әhvalat danışım. Bir dәfә bağ evimdә itlәrin әhatәsinә düşdüm. Onlar mәni parçalamağa hazır idilәr. Maşınların sayәsindә hәmin itlәrdәn qurtuldum. Mәn yenә deyirәm ki, biz bu itlәrә sığınacaqlar düzəltməliyik".

Nazir Avropa Oyunları ərəfəsində toy və yaslara qadağa qoyulmasına da aydınlıq gətirib: "Avropa oyunları zamanı həm toylara, həm də yaslara icazә olacaq. Elә özüm hәmin vaxt toya dәvәtliyәm. Belә şeylәrә uymayın".

Nazir sonda vətəndaşlardan bu cür prestijli yarışa kölgә salmaq üçün yayılan şayiәlәrә uymamağı xahiş edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31