23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Prezident Bakı Atıcılıq Mərkəzinin açılışında

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Futbolxeber.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edilib ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir.

Bildirilib ki, Mərkəzdə idmançılar və məşqçilər, həmçinin qonaqlar üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqlar üçün yüksək şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib.

Belə bir müasir kompleksin yaradılması “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30