23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Khazar İslands”ın baş məşqçisi: “Bu, kişiliyə yaraşan hərəkət deyil”

Futzal üzrə Azərbaycan çempionatının “Fənərbaxça” - “Khazar İslands” matçından (4:6) sonra komandaların məşqçiləri oyunla bağlı fikirlərini bildiriblər. Futbolxeber.az-ın məlumatına görə, “Khazar İslands”ın baş məşqçisi Elnur Qəmbərov komandasına düşmən münasibəti göstərildiyini deyib: "İlk öncə jurnalistlərə oyuna göstərdikləri marağa görə təşəkkür edirəm. İlk dəfədi ki, oyunlarımızda belə çox sayda jurnalist görürəm. Deməli, adımızıdan söz etdirmişik ki, onlar da oyunlarımıza maraq göstərirlər. Bu gün arenada gözəl atmosfer var idi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Üzərimizdə böyük təzyiq var. Bilmirəm niyə belədi? Oyunçularımızı oğurlamağa çalışırlar. Mənim adımdan müxtəlif insanlar barədə böhtan dolu sözlər deyirlər. Bu, kişiliyə yaraşan hərəkət deyil. Pis-yaxşı, Azərbaycan futzalı üçün nələrsə etmək niyyətindəyik. Görürəm ki, qarşımıza baryerlər qoyurlar. Klub prezidentini də bu haqda məlumatlandırmışam. Bizə düşmən münasibəti göstərirlər. Hakimlik barədə danışmaq isə mənə yaraşmaz".

Komandanın kapitanı Əjdər Mirzəliyev klubun oyunçularına göz dikənlərin hərəkətini pisləyib: "Khazar İslands” bir yumruqdu. Bu yumruğu açmağa çalışırlar. Bu düzgün hərəkət deyil. Biz Azərbaycan klubuyuq. Oyunumuzu göstərib yolumuza davam edəcəyik. Qarşıda hələ çoxlu oyunlar var, gəlib oyunlarımıza baxıb, qiyməti verəcəksiz. Sadəcə bizə qarşı belə hərəkət edənləri anlamıram".

"Fənərbaxça"nın baş məşqçisi Predroq Rayiç isə oyunun maraqlı keçdiyini deyib: "Maraqlı oyun oldu. Təəssüf ki, öz imkanlarımızı dəyərlənləndirə bilmədik. Bərabər səviyyəli oyun oldu. Hakimlik haqda danışmaq istəmirəm. "Khazar İslands” ilə hələ bir oyunumuz var. Çalışıb səhvlərimizi düzəldəcəyik. Rəqibi təbrik edirəm".

Mənbə: Komanda.az

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30