19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Finkelşteyn: “Azərbaycan MMA Liqasının prezidentinin işindən çox narazıyam”

Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının prezidenti Vadim Finkelşteyn wmmaa.org saytına müsahibə verib:

- Vadim Qriqoriyeviç, Bakıda keçirilən MMA üzrə Avropa çempionatından danışardınız. Təşkilatçılıqdan razı qaldınızmı?

- Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədovun işində verdiyi səhlənkarlığa baxmayaraq, Avropa çempionatı ümumilikdə yaxşı keçdi. Onun səhvlərinə görə biz turniri nəzərdə tutulan vaxtdan 2 həftə sonra keçirməyə məcbur olduq.

- Hansı səbəbdən belə problem yarandı?

- Bir il əvvəl WMMAA-nın konqresində Kənan Bakının Avropa çempionatına ev sahibliyi etmək istədiyini bildirdi. Azərbaycan paytaxtının namizədliyi dəstəkləndi və qitə birinciliyinin keçirilməsi Bakıya həvalə edildi. İl boyu ölkələr yarışa hazırlaşıb. Biz təşkilatçı ölkənin Avropa çempionatına hazırlaşdığını düşünürdük. Amma yarış ərəfəsində reqlamentin hazır olmadığı, turnirin keçiriləcəyi məkanın dəqiqləşmədiyi məlum oldu. İştirakçı ölkələr sənədlər və vizalarla bağlı Kənan Məmmədova məktub yazırdılar. Məktuba cavab gəlmirdi. WMMAA Azərbaycana yarışı keçirmək üçün 25 bənddən ibarət tələb göndərmişdi. Yarış ərəfəsində tələblərdən heç birinin yerinə yetirilmədiyini məlum oldu.

- Bütün bunlara baxmayaraq Avropa çempionatı baş tutdu. Yarışın təxirə salınmaması üçün hansı işləri görmək lazım oldu?

- Mən məcbur oldum ki, Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənova zəng vuraraq, ondan bu işlərə müdaxilə etməyi xahiş edim. Rövşən dərhal işləri nəzarətə götürdü, amma məlum oldu ki, vaxt baxımından çatdırmırıq. Rövşən dedi ki, bütün işləri qaydasına  salmaq və Avropa çempionatını layiqincə keçirmək üçün heç olmasa iki həftə vaxt lazımdı. Biz çempionatı iki həftə sonraya keçirtdik, bununla da iştirakçı ölkələrin sayı azaldı.

- Yəni, bu problem olmasaydı daha çox ölkə iştirak edəcəkdi…

- Əlbəttə, hər bir komandanın öz planları və öhdəlikləri var. İdmançılar Avropa çempionatına əvvəlki tarixə görə hazırlaşırdı. Hamısının öz planları var və hamı təxirə salınmaya görə mplanlarını dəyişə bilmədi. Məsələn, Rumıniya, İtaliya kimi yığmalar tam tərkibdə təmsil oluna bilmədi. Monako ümumiyyətlə iştirak etmədi.

- Demək olar ki, Avropa çempionatının keçirilməsi böyük sual altında idi?

- Avropa çempionatına baş tutdu, yəni yarışın keçirilməsinə mane olmaq mümkün olmadı. Amma böyük ziyan oldu. Rövşən Həsənovun müdaxiləsi olmasaydı çempionat baş tutmayacaqdı. Nəticədə turnir yüksək səviyyədə keçirildi, sadəcə bəzi nüanslar oldu.

Şəxsən mən WMMAA prezidenti kimi Azərbaycan MMA Liqasının prezidentinin işindən çox narazıyam. Əgər siz öz üzərinizə öhdəlik götürürsünüzsə onu yerinə yetirmək lazımdır. Belə baxışla MMA Azərbaycanda inkişaf etməyəcək. Əgər Azərbaycan MMA Liqasının prezidenti Avropa çempionatı kimi mötəbər yarışı təşkil edə bilmirsə, burada artıq nədən danışmaq olar.

Mənbə: Sportpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30