19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

İbrahim Nehrəmli: “Çempionatda liderliyi davam etdirmək lazımdır”

Futzal üzrə Azərbaycan çempionatının 9-cu turu çərçivəsində “Fənər” üzərində 6:5 hesablı qələbə qazanan “Khazar Islands”ın prezidenti İbrahim Nehrəmli Futbolxeber.az saytına açıqlama verib.

Klub sahibi ilk öncə qarşılaşma haqda fikirlərini açıqlayıb: “Çox maraqlı mübarizə izlədik. Komandamın qələbəsinə çox sevinirəm. Bu qələbəylə iş bitmir. Çempionatda liderliyi davam etdirmək lazımdır. Mən komandanı yaradanda demişdim ki, ən yüksək nəticələrə layiq olacaq. Çempionatı yüksək yerlərdə başa vurmaq istəyirik. Qələbəylə baxmayaraq, rəqibin də yaxşı oyun sərgilədiyini deməliyəm. Komandamdan tam razı deyiləm. Nəticə yaxşıdır. Amma bundan da yaxşı oynamalıyıq”.

İbrahim Nehrəmli gələcəkdə klubun akademiyasının olacağını söyləyib: “Möhtəşəm layihə olan Khazar Islandsda inşaat işləri davam edir. Orada idman meydançası olacaq. Məşqlər üçün hər cür şərait olacaq. Akademiyanın inşası barədə düşünürük. Bilirsiniz legionerlərə çoxlu pul xərclənir. O pulun yarısını biz öz uşaqlarımıza xərcləsək perspektivli oyunçular formalaşdırarıq. Gərək yeniyetmə vaxtlarından bu işlə məşğul olsunlar”.

İ.Nehrəmli bildirib ki, “Khazar Islands” çempion olsa, klubun heyəti gücləndiriləcək: “Məqsədimiz Azərbaycanda ən güclü komanda yaratmaqdır. Çempion olsaq, avrokuboklarda güclü heyətlə çıxış edəcəyik”.

Böyük futbola gəlincə, İbrahim Nehrəmli gələcəkdə “Khazar Islands”adlı klubun yaradılacağını istisna etməyib. Hazırda planda olmasa da, yaxın illərdə eyni adlı komanda futbol üzrə Azərbaycan çempionatının aşağı dəstəsində təmsil oluna bilər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30