29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Tour d’Azerbaidjan” başa çatdı

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, yürüşün son – V mərhələsi Bakıda keçirilib.

Velosipedçilər 146 km uzunluğu olan mərhələni Azadlıq meydanından başlayıblar. Onlar ardınca Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında finiş xəttinə çatıblar. 

Son mərhələnin qalibi Tomas Vaitkus (Litva yığması) olub. İkinci yeri “Leopard-Trek”in (Lüksemburk) üzvü Sean De Bye tutub. İlk “üçlüyü” isə “Rabobank”dan (Hollandiya) Konstant Qodrye qapayıb. 

Qeyd edək ki, bundan öncə keçirilən 4 mərhələnin hamısında Azərbaycanın “Synergy Baku” komandasının üzvləri fəxri kürsüdə yer almışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31