29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov: “Yenə uduzsam, boksla vidalaşacağam” (Müsahibə)

Azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov Sportpress.az-a müsahibəsində həkimlərin ona rinqə çıxmağı qadağan etməsindən və gələcək karyerasından danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Həkimlərin sizi rinqə çıxmağı qadağan etdiyi deyilir. Noyabrın sonlarında baş tutacaq AİBA Pro Boxing turnirində iştirak edəcəksinizmi?

- Həqiqətən səhhətimdə problemlər var. Burnumda ciddi əməliyyat keçirtmişəm. Rahat məşq edə bilmirəm. Lakin bərpa kursu artıq sona çatmaq üzrədir. Əvvəlcə demişdilər 3 ay döyüşmək olmaz. Indi demişəm ki, dekabrda rinqə çıxmalıyam. Ona görə 2 aya müalicə başa çatmalıdır. AİBA Pro Boxing turnirinin ikinci turunda iştirak etməyəcəm. Çünki, əks halda səhhətimdə problem artacaq.

- İlk görüşdə Andrey Zamkovoya məğlub oldunuz. İkinci görüşdə iştirak etmədiyiniz halda turnirin finalına vəsiqə qazanmaq şansınız azalır. Belədə dekabrda yenidən Pro Boxing-də mübarizə aparacaqsınız?

- Bu barədə dəqiq söz söyləmək çətindir. Düz deyirsiniz, artıq turnirin finalına çıxmaq şansım azalır. Buna görə peşəkar boksda yarışacam. Hazırda Almaniya şirkətiylə qüvvədə olan müqaviləm var. Dekabrda daha bir görüş keçirə bilərəm. Həmin görüş Avropa ölkələrinin birində olacaq.

- Deməli olimpiadaya getmək istəyiniz arzu olaraq qalacaq…

- Bunu demək hələ tezdir. Olimpiadaya lisenziya qazanmaq şansım azalmayıb. Bakıda keçiriləcək Avropa Oyunları, eləcə də digər turnirlərdə iştirak etməklə lisenziya qazanmaq olar. Sadəcə indi tez bir zamanda sağalmaq istəyirəm.

- Zamkovoya məğlubiyyət karyeranıza təsirsiz ötüşmədi. Yəqin, həmin döyüşü unutmamısınız…

- Bu barədə çox danışmışam. Həmin ərəfədə xəstələnməyim nəticəyə təsir etdi. Zamkovoyla görüşü hər gün xatırlayıram. Hər gün o görüşə təkrar baxıram. Üzüm gülmür ona görə. İnanın ondan revanş almadan idmandan ayrılmayacam. O məğlubiyyəti unutmaq mənim üçün çox çətindir.

- Qəbələdə və Bakıdakı yarışlarda məğlub oldunuz. Növbəti dəfə rinqi məğlub tərk etsəniz bu il ərzində üçüncü uğursuzluq olacaq..

- Heç vaxt həvəsdən düşmürəm. Özümə güvənirəm. Sözsüz əgər lazımi səviyyədə hazırlaşsam rinqi qələbəylə tərk edəcəm. Hazır olmasam rinqə çıxmaram. Sualınıza gəldikdə, əgər yenə uduzsam, boksla birdəfəlik vidalaşacağam.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31