25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Tour d’Azerbaidjan”: İdmançımız 3-cü oldu

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutub.

25 komanda mübarizənin 3-cü günündə Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. 165 km məsafəni qət edən ilk idmançı Vitali Popkov olub. Ukraynanın “ISD Continental Team” klubunun üzvü bütün rəqiblərini arxada qoyub. 

Qəbələyə qayıdan 2-ci velosipedçi isə Stiv Brooksdur. Belçikanın “Lotto-Belisol” klubun üzvü yalnız Vitalidən geri qalıb. Fəxri kürsüdə Azərbaycanın “Synergy Baku” klubu da təmsil olunub. İlk mərhələnin qalibi olan Kristof Şvaytser bu dəfə 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, növbəti - 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30