24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Erməni boksçu azərbaycanlı rəqibinin qarşısına çıxmaqdan qorxdu!

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub. Futbolxeber.az-ın məlumatına görə, milli komandamızın iki üzvü Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (91+ kq) 1/4 finalda qələbə qazanmaqla, ən azı yarışın bürünc medallarını özlərinə təmin ediblər. Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

Məhəmmədəli Tahirov isə 1/4 finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq Ermənistan boksçusu rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib. Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30