16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Rəcəbov Svidlerə uduzdu

Bu gün Londonda şahmat üzrə iddiaçılar turnirində III turun oyunları keçiriləcək. Futbolxeber.az xəbər verir ki, qrossmeysterimiz Teymur Rəcəbov bu dəfə Vasili Petr Svidlərlə üzləşəcək. 

Dünya kubokunun qalibi olan rusiyalı rəqibinə qarşı qara fiqurlarla oynayan təmsilçimiz turnirdə ilk qələbəsini qazandıqdan sonra 1,5 xalla Levon Aronyanla liderliyi bölüşür.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq

III tur 
Petr Svidler (Rusiya, 2747) - Teymur Rəcəbov (Azərbaycan, 2793) - 1:0
Boris Gelfand (İsrail, 2740) - Maqnus Karlsen (Norveç, 2872) - 0:1
Vasili İvançuk (Ukrayna, 2757) – Levon Aronyan (Ermənistan, 2809) - 0:1
Vladimir Kramnik (Rusiya, 2810) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5




Ad: Yaşar Seyidəhmədov;   E-mail: [email protected]

18.03.2013 14:17

Mən Teymurun Svidlerə məqlubiyyətini təsadüfi sayıram. İnaniram ki sonda Teymur qələbə çalacaq!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31