19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Bakıda şahmat Qran-Prisi başa çatdı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin Bakıda keçirilən ilk mərhələsi başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, turnirin bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada şahmat xüsusi yer tutur.

Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Mahir Məmmədov isə çıxışında Prezident İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq Bakının dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Federasiya rəsmisi Rusiyanın NTV kanalının aparıcıları və şahmat aləmində tanınan Sergey və Marina Makarıçevanın "Zirvəyə doğru" kitabının Azərbaycan dilinə tərcümə edildiyini söyləyib. Kitab yeniyetmə şahmatçılar üçün dərslik xatakteri daşıyacaq. Kitabın hazırlanmasında məşqçi Fikrət Sideyifzadənin və Təhsil Nazirliyinin rolu vurğulanıb.

Tədbirdə xatırlanıb ki, ilk dəfə 2008-ci ildə Azərbaycanda keçirilən Qran-Pri turniri unudulmaz qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatıb.

Daha sonra qaliblər mükafatlandırılıblar. Bildirilib ki, turnirdə birinci-ikinci yerləri 11 mümkün xaldan 6,5-ni toplamış italyan Fabiano Karuano və israilli Boris Gelfand tutublar. Əlavə göstəricilərə görə Karuana turnirin qalibi elan edilib. Rusiya təmsilçisi Sergey Karyakin üçüncü yerlə kifayətlənib. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov isə 4,5 xalla 9-cu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30