19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

ŞOK: Millimizin baş məşqçisi Bakıdan qaçdı!

2011-ci ildən beynəlxalq miqyasda çıxışını dayandıran kişi voleybolçulardan ibarət Azərbaycan yığması yenidən çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının I təsnifat mərhələsinin hazırlıqlarına başlayan komandamızın baş məşqçisi Plamen Xristov vəzifəsindən ayrılıb. 

Təxminən 2 ay öncə millimizin “sükanı arxası”na gətirilən bolqarıstanlı mütəxəssisin postundan getməsi isə gözlənilməz olub. Onun müəmmalı şəkildə, federasiyaya xəbər etmədən Bakıdan qaçdığı bildirilir. 

Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli bu məsələ ilə bağlı apasport.az saytına bildirib ki, hazırda ölkə xaricində olduğundan danışa bilmir: “Hazırda Lüksemburqdayam. Azərbaycana qayıdandan sonra milli komanda barədə danışa bilərəm”.

Yaxın günlərdə yığmamıza yeni baş məşqçi gətiriləcək. Onun da əcnəbi mütəxəssis olacağı bildirilir. 

Qeyd edək ki, komandamız dünya çempionatının I təsnifat mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Hollandiya ilə qarşılaşacaq. Bu görüşlə mayın 23-26 aralığında baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30