28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Nərddə uduzdum-uduzdum, axırda qərara gəldim ki şahmat daha yaxşı oyundur”

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Şəhriyar Məmmədyarov İsrail təmsilçisi Boris Qelfand üzərində qələbə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Sumqayıt şahmat məktəbinin yetirməsi qələbədən sonra jurnalistlərin suallarına cavab verib: "İstirahət günü Boris Qelfandla oyuna hazırlaşarkən düşündüm ki, hələ heç nə itirilməyib. Başa düşürəm ki, bir qələbə vəziyyətimi düzəltməyəcək. Oyundan əvvəl çinli biznesmen Cek Manın müsahibəsini oxumuşdum. Orada deyilir ki, hər gün, yenidən başlayır. Hər günə yenidən hazırlaşmaq lazımdır. 2, lap 3 məğlubiyyətim olsa belə hər zaman mübarizə aparıram. Dünən gecə kompyuterdə nərd oynayırdım. Nərddə uduzdum-uduzdum, axırda qərara gəldim ki şahmat daha yaxşı oyundur (gülür). Şahmatda daha yaxşı oynaya bilirəm. Sözsüz qarşıda bütün şahmatçıları həm qələbə, həm məğlubiyyətlər gözləyir. Əgər 60-70 yaşa qədər oynayacayıqsa, deməli məğlubiyyətlər də olacaq. Autsayder olan Andreykin lider Karuanaya qalib gəldi. Deməli, turnirdə zəif rəqib yoxdur. Bu idmandır və hər bir nəticəyə hazır olmalıyıq. Oyuna gəldikdə, ağlar daha yaxşı başladı. Üstünlüyümün olduğunu görürdüm. Müxtəlif gedişlər var idi. Konkret oynamaq lazım idi. Bu qələbə növbəti oyunlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Maraqlıdır ki, Mixail Talın xatirə turnirində mən lider idim və turnirin qalibi olmağım üçün son turda heç-heçə lazım idi. Həmin vaxt autsayder olan Qelfandla oynayırdım və uduzdum. Bu dəfə isə əksinə oldu. Statistikaya əsasən Qelfand mənim üçün uğursuz rəqib sayılır. Bu qələbəylə iddiaçılar turnirindəki məğlubiyyətin əvəzini çıxdım. Kazanda keçirilən iddiaçılar turnirində ilk mərhələdə məhz Qelfanda uduzub yarışı tərk etdim. Fikrimcə məğlub olmaq problem deyil. Problem həmin məğlubiyyətdən sonra qələbəyə oynamamaqdır. Mən hər bir vəziyyətdə qələbəyə oynamağa çalışıram”.

Boris Qelfand isə rəqibin oyuna yaxşı hazırlaşdığını deyib: "Məmmədyarov yaxşı hazırlaşmışdı. Ağlar yaxşı başladı və üstünlük qazandılar. Bəzi gedişləri tapa bilmədim və nəticə yaxşı olmadı. Etibarlı debütlə başlamışdım. Sadəcə sığortalana bilmədim. Məğlub olmaq istəmirdim, lakin xilas olmaq alınmadı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31