23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Hikaru Nakamura: “Şahmatda ABŞ-ı Azərbaycanla müqayisə etmək olmaz”

Bakıda keçirilən Qran-Pri turnirinin iştirakçısı Hikaru Nakamura Azərbaycanda şahmatın vəziyyətindən məmnun olduğunu deyib. Futbolxeber.az-ın məlumatına görə, Nakamuranın fikrincə, şahmatla bağlı Azərbaycanı ABŞ ilə müqayisə etmək olmaz: "Azərbaycanda şahmata yüksək diqqət göstərilir. Bu, məni çox sevindirir. Ümumiyyətlə, Avropada şahmat çox inkişaf edir. Qərbi Avropada xüsusilə irəliləyişə nail olunub. MDB məkanını deməyə ehtiyac yoxdur. Orada ən güclü şahmatçılar toplaşıb. ABŞ bu barədə bir qədər fərqli vəziyyətdədir. Fişerin dövründə şahmata böyük maraq olub. Sadəcə onun sonrakı hərəkətləri, psixoloji durumu ABŞ xalqını qorxutdu. Onlar artıq düşünməyə başladılar. Bu, müəyyən mənada şahmata olan münasibəti dəyişdi. Bakıda Qran-Pri yüksək səviyyədə təşkil olunub. Ancaq ABŞ belə turnirləri yüksək səviyyədə keçirmir. Heç kim təəccüblənməsin, amma bizdə şahmatçılar turnirə şahmat lövhəsini və saatı özləriylə gətirir. Bu hətta reqlamentdə qeyd olunur. Təkcə açıq turnirlər deyil, hətta böyük turnirlərdə iştirakçılar şahmat taxtasını özüylə gətirməlidir. Bəlkə bu sizə qəribə gəlir, amma bu belədir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30