25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Qələbəyə gedən yol asan deyil”

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 7-ci turunda Şəhriyar Məmmədyarov Yevgeniy Tomaşevskiylə heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, Məmmədyarov partiyadan sonra oyunu haqda belə danışıb: "5 turdan sonra demişdim itiriləsi heç nə yoxdur. Son 2 turda risq etməyə çalışdım. Sadəcə, qələbəyə gedən yol asan deyil. Bu gün keçirilən partiyada üstünlük var idi. Böyük üstünlük deyildi. Bütün fiqurlarım yerində olsa da, güclü üstünlük hiss olunmurdu. Qələbə üçün ideal vəziyyət yaranmadı. Hiss etdim ki, rəqib üstünlük qazana bilər. Onda vəziyyət çətinləşəcəkdi. Uduzmaq istəməzdim. Ona görə heç-heçəylə razılaşdıq. Nəzərə alaq ki, uduş yox idi. Belə də risq özünü doğrultmaya bilər”.

Yevgeniy Tomaşevskiy isə partiyanı belə şərh edib: "Qeyri-adi gedişlər etsəm də, üstünlük əldə etmədim. Ağlar üstünlüyə malik olsa da, vəziyyət inkişaf etmədi. Pozisiya mürəkkəb görünürdü. Mənim də üstünlük qazanmaq imkanlarım var idi. Sadəcə oyun maraqlı olsa da, açılış çətin görünürdü. Heç-heçə normal nəticədir. Partiya üçün bundan artıq irəliləyiş görünmürdü”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30