20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Dostumun toyuna getdim ki, bir qədər şahmatdan uzaq olum”

“Debütdə çox maraqlı gedişlər oldu. Rəqib də mənim üçün müəyyən sürprizlər edərək, üstünlüyü ələ aldı. Lakin sonradan oyun bərabərləşdi və gördüm ki, istənilən halda hər şey heç-heçəyə doğru gedir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən FİDE Qran-Prisinin V turunda Aleksandr Qrişukla heç-heçə oynayan Şəhriyar Məmmədyarov deyib.

Təcrübəli qrossmeyster istirahət gününü necə keçirməsi barədə sualı belə cavablandırıb: “İlk dəfə olaraq oteldə yemək yedim (gülür). Axşamlar otelə qayıdanda əhval-ruhiyyəm olmur. Ona görə də şam etmirəm. Səhərlər isə vaxt olmur. Başım məşqlərə qarışır. Eləcə də dünən dostumun toyuna getdim ki, bir qədər başım açılsın, şahmatdan uzaq olum. Bir sözlə, istirahət günümü yaxşı keçirdim. Elə buna görə də Qrişukla heç-heçəyə nail oldum. Əvvəldə rəqib üstün idi. Lakin sonradan yaxşı oynayaraq, görüşü he-heçəyə apardım. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı olacaq hər şey”.

Növbəti oyunlarda risqə gedəcəyini bildirən Məmmədyarov, hələlik Qran-Prinin o qədər də gərgin keçmədiyini bildirib: “Rəqiblərin hamısı güclüdür. Bu turnirdə heç bir nəticə sürpriz ddeyil. Məncə, maraqlı oyunlar sonda olacaq. Çünki şahmatçılar yorulduqca səhvlərin də sayı artacaq və mübarizə daha gərgin xarakter alacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30