19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Teymur Rəcəbov: “Heç-heçədən razı qaldım”

Bakıda keçirilən Qran-Pri turnirinin 4-cü turunda Teymur Rəcəbov Dmitriy Andreykinlə heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, mətbuat konfransında Rəcəbov nəticədən razı qaldığını deyib: "Ağların üstünlüyü var idi. Ona görə qara fiqurlarla heç-heçə oynamaqdan razı qaldım. Təhlükə var idi, ona görə vəziyyəti yaxşılaşdırmaq mümkün deyildi. Qaralarla rəqibi çaşdırmağa çalışdım. Amma rəqib səhvə yol vermədi. Klassik şahmatda ilk dəfə Andreykinə qarşı oynadım. Fikrimcə maraqlı partiya alındı. Ümumilikdə 4 turda 3 dəfə qaralarla oynamışam. Ona görə çıxışımı normal qiymətləndirirəm. Hələ qarşıda oyunlar var. İndidən sonluq barədə danışmaq istəmirəm”.

Dmitriy Andreykin isə üstünlüyünün olduğunu etiraf edib: "Qaralar çox inamlı oynadı. Ağlar üstünlüyə malik olsa da vəziyyəti inkişaf etdirə bilmədik. Turnirdə 4 tur arxada qalıb. Çıxışımdan razı qalmamışam. Əlbəttə, gərək istirahət günü bir qədər düşünməliyəm. Oyuna fərqli hazırlaşmağa çalışacam. Ümumi nəticə barədə sonda düşünmək olar. Bu gün partiya heç-heçəyə yaxın olduğu üçün bu nəticəyə razılaşdıq."

 




Ad: ravi;   E-mail: [email protected]

06.10.2014 13:15

halaldi
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30