29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Tour d’Azerbaïdjan başladı

 

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib. Futbolxeber.az-ın məlumatına görə, 5 mərhələdən ibarət olacaq yarışın ilk mərhələsi Bakıda start götürüb.
 
25 komandanın iştirakı ilə keçirilən yarış Heydər Əliyev Mərkəzinin qarşından başlayıb. İştirakçılar Heydər Əliyev prospekti ilə metronun “Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən ilk nöqtəyə qayıdacaq. Marşrutun ümumi uzunluğu 157 km təşkil edəcək.Ölkəmizi bu yarışda "Synergy Baku" təmsil edir
 
Qeyd edək ki, sabah velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 km) qayıdacaqlar. 
 
4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31