19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Teymur Rəcəbov: “Əhəmiyyətli turnirdə oynadığımdan bayram barədə düşünməyə vaxt olmur”

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Bakıda keçirilən FİDE Qran-Prisinin üçüncü turunda Pyotr Svidlerlə heç-heçə oynadığı partiyanı şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Rəcəbov rəqibin çaşdırıcı gedişlər etdiyini bildirib: “Açılış maraqlı alındı. Daha sonra rəqibin çaşdırıcı gedişləri var idi. Vəziyyəti dəyişməyə çalışdım. Bəzi gedişlər üzərində xeyli düşündüm. Amma yekunda heç-heçəyə razılaşdıq”.

Rəcəbov “ilk 3 turdakı çıxışınız necə dəyərləndirirsiniz” sualını belə cavablandırıb: “Bu haqda danışmaq məncə erkəndi. Çünki cəmi 3 tur oynanılıb. Oyundan oyuna da fərq olur. Qarşıda hələ xeyli partiya var. Sona kimi uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Teymur Rəcəbov Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etməyi də unutmayıb: “Xalqımızı bayram münasibəti ilə təbrik edirəm. Biz də bayramı hamı kimi qeyd edirik. Ümumiyyətlə bayramlara, ad günlərinə, xüsusi ziyafətlərə çox vaxt ayırmaq olmur. Çünki mənim üçün əsas olan yarışlardı. Hazırda çox əhəmiyyətli turnirdə mübarizə aparıram. Odur ki, bayram barədə düşünməyə vaxt olmur”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30