24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Bundan güclü Qran-Pri tarixdə olmayıb”

“6 il əvvəlki Qran-Pri ilə müqayisədə reytinq baxımından heç bir dəyişiklik yoxdu. Reytinqimdə o vaxta baxanda çox cüzi fərq var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Şəhriyar Məmmədyarov deyib.

Bakıda keçirilən FİDE Qran-Prisinin ilk turunda Teymur Rəcəbovla heç-heçəyə razılaşan Şəhriyar Məmmədyarov, doğma publika önündə oynamağın daha məsuliyyətli olduğunu vurğulayıb: “6 il əvvəl Bakıda keçirilən Qran-Pri ilə müqayisədə dəyişən heç nə yoxdu. Yalnız illər gedir. Hər zaman birinci yer uğrunda oynamışıq. Turnirdəki rəqiblərlə bəlkə 20-30 dəfə oynamışıq. İllər keçdikcə rəqibləri daha yaxşı tanıyırıq. Məqsədimiz daha yaxşı çıxış etməkdi. Daha əvvəl çıxış etdiyim 3 Qran-Pridən 2-də qalib oldum. Doğma publika önündə oynamaq mənə hər zaman çətindir. Bəlkə də bu məsuliyyətdən irəli gəlir”.

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla ilk oyunlarını belə xatırlayıb: “İlk dəfəki qarşılaşmamız heç vaxt yadımdan çıxmaz. Mən cəmi 1 il idi şahmatla məşğul olurdum. Amma Teymurla oyunda böyük üstünlük əldə etdim. Sonradan isə heç-heçəyə  razılaşdıq. Zaldan çıxarkən hər ikimizin atası bayırda idi. Onlar da nəticədən razı görünürdülər. Həmin vaxt çətin ki kimsə 20 ildən sonra Azərbaycan millisinin ilk iki lövhəsində qərarlaşacağımızı gözləyərdi”.

Təcrübəli idmançı budəfəki Qran-Prinin iştirakçılarının çox güclü olduğunu qeyd edib: “Bundan güclü Qran-Pri tarixdə olmayıb. Ən güclü 15 şahmatçıdan 10-u yarışda iştirak edir. Əksər ulduzlar Azərbaycana gəlib. Reytinqi 2600 olan 1 idmançı belə burada yoxdur. Yarışda zəif rəqib yoxdu. Ən zəif hesab olunan birinci, ən güclü hesba olunan isə sonuncu yerə çıxa bilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30