28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Yenidən iddiaçılar turnirinə vəsiqə qazanmağı çox istəyirəm”

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda start götürən Qran-Pri barədə fikirlərini açıqlayıb. Futbolxeber.az saytına verdiyi açıqlamada Məmmədyarov ilk turda qarşılaşacağı Teymur Rəcəbovu yaxşı tanıdığını qeyd edib: "Belə bir turnirin Bakıda keçirilməsi məni sevindirməyə bilməz. Bu turnirdə uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Qran-Pridə mübarizə aparan şahmatçıların siyahısına baxdıqda iştirakçıların heç də zəif olmadığını görürük. Amma məqsədim uğur qazanmaqdı. Yenidən iddiaçılar turnirinə vəsiqə qazanmağı çox istəyirəm. İlk turda Teymurla qarşılaşacağam. Düşünürəm ki, mənim kimi Rəcəbovun da məqsədi bu turnirdə yaxşı çıxış etməkdi. Görüşə gəldikdə isə bir-birimizi çox yaxşı tanıyırıq. Məncə, şahmatsevərləri maraqlı partiya gözləyir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31