23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Bakıdakı Qran-Pri turniri canlı yayımlanacaq

Bakıda təşkil olunacaq şahmat üzrə FİDE Qran-Pri turnirinin bütün partiyaları rəsmi sayt - baku2014.fide.com vasitəsilə canlı yayımlanacaq. Futbolxeber.az-ın məlumatına görə, şahmat partiyaları Azərbaycan və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq. Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.

Qran-Prinin ilk mərhələsinin açılış mərasimi oktyabrın 1-də yarışın keçiriləcəyi Şəhriyar adına Mədəniyyət mərkəzində olacaq. İlk tur oktyabrın 2-də saat 15-də start götürəcək.

Azərbaycanı turnirdə 2 qrossmeyster - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Eyni zamanda Bakıdakı Qran-Pridə  Fabiano Karauna (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Pyotr  Svedler (Rusiya), Dmitri Andreykin (Rusiya), Rüstəm Qasımcanov (Qazaxıstan) və Yevgeni Tomaşevski ( Rusiya)  iştirak edəcək.

Qeyd edək ki, qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30