29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

DÇ-2014: millimizdən uğurlu start

Ötən gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatına start verilib. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, 24 komandanın iştirakı ilə keçirilən mundialda Azərbaycan millisi ilk qarşılaşmasında Yaponiya ilə üz-üzə gəlib.

D qrupunda yer alan və Bari şəhərində oynayan Aleksandr Çervyakovun yetirmələrinin qələbə qazanması heç də asan olmayıb. Zədə problemi səbəbindən İtaliyada tam heyətlə oynaya bilməyən komandamız əsasən gənclərə bel bağlayıb ki, bu da ilk görüşdə öz bəhrəsini verib.

İlk seti 3 qat dünya çempionlarına verən voleybolçularımız 2-ci hissəni xeyrinə tamamlayıb. 3-cü setdən də məğlub ayrılan qızllarımız növbəti hissəni qazanmağı bacarıblar. Tay-brek daha yaxşı oynayan yığma komandamız asiyalıları 15:9 hesabı ilə üstələyiblər.

Beləliklə, millimiz mundiala qələbə ilə başlayıb.

Qrupumuzun açılış matçında isə Çin Puerto-Rikanı sınağa çəkib. Oyun asiyalıların asan qələbəsi ilə başa çatıb. "Rabitə"nin voleybolçusu Aurea Kruzun da şərəfini qoruduğu Puerto-Rika rəqibinə yalnız ilk hissədə ciddi rəqabət göstərə bilib. Çin son 2 hissədə isə asan qələbə qazanaraq, mundiala 3 xalla başlayıb.

I turun son qarşılaşmasında Kuba Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi rəqibinə heç bir şans verməyib - 0:3.

23 sentyabr

Bari

D qrupu

YAPONİYA - AZƏRBAYCAN - 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)

KUBA - BELÇİKA - 0:3 (15:25, 12:25, 16:25)

ÇİN - PUERTO-RİKO - 3:0 (25:23, 25:18, 25:20)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31