19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycan millisi sabah dünya çempionatında mübarizəyə başlayır

Sabah qadın voleybolçular arasında dünya çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, İtaliyanın 6 şəhərində (Roma, Triest, Verona, Bari, Modena və Milan) 24 komandanın iştirakı ilə baş tutacaq mundialda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Tarixində 3-cü dəfə dünya çempionatına qatılacaq yığmamızı bu dəfə meydana Aleksandr Çervyakov çıxaracaq. Əvvəlki mundiallarda Faiq Qarayevin köməkçisi olan mütəxəssisin yetirmələri D qrupunda Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba voleybolçuları ilə mübarizə aparacaq. Lakin yarışda iştirak millimiz üçün heç də asan alınmayacaq. Çünki komandamız səfərə liderlər - Natalya Məmmədova və Valeriya Korotenkosuz yollanıblar. Sözsüz ki, hücumda və müdafiədə ciddi problemləri olan yığmamızda onları unutduracaq voleybolçu hələ yetişməyib.

Düzdür, Polina Rəhimovanın son görüşlərdə özünü yaxşı tərəfdən göstərməsi xeyrimizə işləyə bilər. O, Anastasiya Qurbanova, Yana Ağayeva və Yekaterina Jidkova ilə birgə hücumdakı boşluqları aradan qaldıran qaldırmağa çalışacaq. Lakin əsas “yaralı yerimiz” - top qəbulundakı çətinliyi aradan qaldırmaq Çervyakova asan başa gəlməyəcək. Əsas heyət oyunçularından Odina Əliyevanın zədədən yeni qayıtması da əleyhimizə işləyən amildi. Amma orta sahə voleybolçularından Yelizaveta Səmədovanın İtaliyaya aparılmasının boşluqları aradan qaldıra bilər.

Blokda da çətin anlar yaşamağımız mümkündü. Çünki Kseniya Kovalenko da qrup oyunlarımızı keçirəcəyimiz Bariyə zədəli yollanıb. Onun hətta meydana çıxmayacağı bildirilsə də, son anda Kovalenkonun köməyinə ehtiyac duyulub. Amma artıq Kseniyanın layiqli əvəzləyicisinin də yetişdiyini unutmamalıyıq. Ayşən Abduləzimova həmkarını layiqincə sığortalayır. O, son oyunlarda da əsas heyətdə yer almaqla bunu sübut edib.

Müdafiədə isə boşluqları Oksana Kiselyova və Ceyran Əliyeva aradan qaldırmağa çalışacaq. Gənc liberolarımızın oyunları alınacağı halda, yığmamıza böyük köməkləri dəyəcək. Toppaylayıcı baxımdan isə hansısa çətinliyimizin olması gözlənilmir. Çünki kapitanımız Oksana Parxomenko komanda yoldaşlarının necə oynamasına özü nəzarət edəcək. Ona Natəvan Qasımova və Kristina Yaqubova dəstək verəcəklər. İtaliyaya aparılan “15-lik”də digər oyunçularımızın da ara-sıra meydana çıxacaqlarını söyləmək olar.

Bu problemlərlə yanaşı, qarşılaşmaların başlama saatı da ziyanımıza işləyə bilər. Çünki ilk turda Yaponiya ilə qarşılaşma istisna olmaqla, digər görüşlərimiz yerli vaxtla saat 10:30-da başlayacaq. Bunu aradan qaldırmaq üçün baş məşqçimiz Faiq Qarayev FİVB-ə şikayət etsə də, beynəlxalq qurum bu günə kimi müraciəti cavabsız qoyub.

Bütün bunlara baxmayaraq, komandamızın mundiala yaxşı hazırlıq keçdiyini də vurğulamalıyıq. Düzdür, İtaliya millisi istisna olunmaqla, yenə zəif rəqiblərlə gücünü yoxlayan yığmamızın Avropa çempionatındakı uğursuzluğu unutduracağına ümid böyük olmasa da, mərhələ adlayacağını proqnozlaşdırmaq mümkündür.

Mundiala vəsiqə qazanmaqla komanda idman növləri arasında rekordçularımızdan olan voleybol yığmamıza bunun üçün sadəcə 6 milli arasında “dördlüyə” düşmək vacibdi.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatında ən yaxşı nəticəsi 10-cu yer olub. Ona da komandamız ilk dəfə - 1994-cü ildə qatıldığı turnirdə layiq görülüb. 2006-cı ildə isə yığmamız 13-cü yeri tutub.

Bütün qruplar

A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis

B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, Meksika
D qrupu: Yaponiya, Çin, Puerto-Rika, Belçika, Kuba, AZƏRBAYCAN

Azərbaycan millisinin heyəti

4. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 8. Natəvan Qasımova, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova

Azərbaycan millisinin oyunlarının təqvimi

D qrupu, Bari

23 sentyabr

I tur

13:30. Çin – Puerto-Rika

20:00. Yaponiya – Azərbaycan

23:00. Kuba – Belçika

24 sentyabr

II tur

13:30. Çin – Azərbaycan

20:00. Belçika – Yaponiya

23:00. Puerto-Rika – Kuba

25 sentyabr

III tur

13:30. Puerto-Rika – Azərbaycan

20:00. Kuba – Yaponiya

23:00. Belçika – Çin

27 sentyabr

IV tur

13:30. Azərbaycan – Belçika

20:00. Yaponiya – Puerto-Rika

23:00. Çin – Kuba

28 sentyabr

V tur

13:30. Azərbaycan – Kuba

20:00. Yaponiya – Çin

23:00. Belçika – Puerto-Rika




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30