28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədovun rəqibi bəllidi

Azərbaycanı və "Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparan idmançımızın rəqibi Qazaxıstanın Almatı şəhərində təşkil olunan rəsmi püşkatma mərasimində bəlli olub. Məmmədov rusiyalı boksçu Andrey Zamkovoyla görüşəcək.

27 yaşlı rusiyalı 187 sm boya malikdir. 2012-ci ildə keçirilən London Olimpiadasının bürünc mükafatçısı olan Zamkovoy 2009-cü ildə dünya çempionatının gümüş medalını əldə edib. 2010 və 2011-ci illərdə iki dəfə Rusiya çempionu tituluna yiyələnən boksçu bu uğurlarını 69 kq çəki dərəcəsində əldə edib. Boksçu Rusiyanın əməkdar idman ustasıdır.

Məmmədovla Zamkovoy arasında döyüş olimpiya lisenziyası uğrunda olacaq. Gərgin mübarizə vəd edən qarşılaşma oktyabrın 24-26-da Bakıda keçiriləcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31