16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Rəcəbov İvançuka qalib gəldi

Londonda şahmat üzrə iddiaçılar turnirində II turun oyunları keçirilib. Futbolxeber.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə Vasili İvançukla görüşüb. Ukraynalı rəqibinə qarşı ağ fiqurlarla oynayan təmsilçimiz turnirdə ilk qələbəsini qazanıb. Teymur rəqibini artıq 34-cü gedişdə təslim olmağa məcbur edib. İlk turda israilli Boris Gelfandla xalı yarı bölən Rəcəbov bu qələbədən sonra zirvəyə yüksəlib. Hesabında 1,5 xal olan həmyerlimiz bu tur qalib gələn digər şahmatçı Levon Aronyanla ilk pilləni bölüşür.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq

II tur

Maqnus Karlsen (Norveç, 2872) – Vladimir Kramnik (Rusiya, 2810) – 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2764) - Petr Svidler (Rusiya, 2747) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Vasili İvançuk (Ukrayna, 2757) – 1:0
Levon Aronyan (Ermənistan, 2809) – Boris Gelfand (İsrail, 2740) – 1:0

Xal durumu: Rəcəbov, Aronyan – 1,5, Karlsen, Kramnik, Qrişuk, Svidler – 1, İvançuk, Gelfand – 0,5. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31