29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Millimizə qarşı şok ittiham: 23 yaşlı kişi uşaqlara qalib gəlir

Avqustun sonunda başa çatan Yeniyetmələrin II Yay Olimpiya Oyunları dünya idmanı tarixinə ən böyük miqyaslı hiylə ilə düşə bilər. Apasport.az-ın Rusiyanın sportbox.ru saytına istinadən məlumatına görə, bunun səbəbkarı Çinin Nanjinq şəhərində çempion titulunu qazanan Azərbaycan güləşçisi Teymur Məmmədovdu.

Belə ki, Rusiya mediası 63 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən Məmmədovun “lipa” olduğunu aşkarlayıb. Bildirilir ki, Məmmədov yaşını nə az, nə çox - 6 il kiçildib. O, 23 yaşının olmasına baxmayaraq, 16-17 yaşlı məktəblilərlə mübarizədə qalib adını qazanıb.

Şimal qonşularımız “lipa” problemini dopinqlə bərabər tutaraq, idmanın ən böyük bəlası hesab edir. Hətta dopinqdən fərqli, bununla mübarizə yolları tapılmayıb.

Teymurla bağlı iddiaların təməlini isə rusiyalı güləş hakimi İsa Qambulatov qoyub. Belçikanın “Raeren-2006” idman klubunun vitse-prezidenti postunda çalışan mütəxəssis Dünya Güləş Birliyinə (DGB) müraciət edərək, bəzi idmançıların düzgün yaşını açıqlayıb. Onun hələ Olimpiadanın startından öncə DGB-ə göndərdiyi məktubunda Məmmədovun da adı var.

Qambulatovun fikrincə, həmyerlimiz gənclər arasında Avro-2013-də iştirak edib. Həmin vaxt yarışa Timur Məmmədov kimi qatılan güləşçi 1991-ci ildə Rusiyanın Saxa-Yakutiya Respublikasında anadan olub. 3 nömrəli idman məktəbində güləşin sirlərini öyrənməyə başlayıb. 20 yaşında tələbələr arasında Rusiya çempionatının mükafatçısı olduqdan sonra tarixi vətəni Azərbaycana qayıdıb və adını dəyişərək Teymur olub. Məhz bundan sonra yarışlarda gücünü özündən kiçiklərə göstərib.

Sayt “23 yaşlı kişi uşaqlara qalib gəlir, tfu”, “Biabırçılıq və rəzalət”, “Belə qələbə cəhənnəm olsun” kimi ifadələrini də həddən artıq yumşaq hesab edir. Lakin DGB və Beynəlxalq Olimpiya Komitəsi “hamının bilməsi hələ sübut deyil” prinsipinə sadiqlik göstərir. Məmmədovun sənədləri qaydasında olmasaydı, yarışa buraxılmazdı.

Azərbaycan Güləş Federasiyasından isə apasport.az saytına bildirilib ki, Teymurun bütün sənədləri qaydasındadı və bu, şər böhtandan əlavə bir şey deyil: “Bütün beynəlxalq yarışlarda Təşkilat Komitəsi hər bir sənədi yoxlayıb, qəbul edir. Nanjinqdə təşkil olunan Olimpiadada da həm DGB, həm də BOK tərəfindən sənədlər qəbul edilib və iştirakçılar təsdiqlənib. Əgər bu hal olsaydı, hər 2 qurum buna göz yummazdı, idmançının çıxışına qadağa qoyardı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31