Digər idman növləri
Prezident Avropa Olimpiya oyunları ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görsün, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etsin, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
Müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənədi təqdim etməlidirlər.
I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərinin həlli tapşırılıb.
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin, həmin şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
Azərbaycan Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
-
10:34
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
-
10:16
Qeylen Smit Azərbaycan klubuna qayıdıb
-
10:00
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri: 5-ci və 16-cı
-
09:48
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
-
09:29
Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:42
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
28.09.2026
27.09.2026
26.09.2026
























