25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Heydər Əliyevin xatirəsinə həsr olunmuş qolf üzrə Milli turnir başladı

“Bu gün Sizləri Qubadakı Milli Qolf Klubunda start götürən, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turnirinin açılış mərasimində salamlamaqdan çox şadam”. Futbolxeber.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Qubadakı Milli Qolf Klubunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turnirinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə yaradılmış və rəhbəri olduğu Azərbaycan Qolf Federasiyası qısa bir müddətdə idmanın bu növünün ölkəmizdə populyarlaşması üçün mühüm tədbirlər həyata keçirib: “Son iki ildə Bakıda Qolf Federasiyasının inzibati binası, Bakı Qolf Akademiyası, Qubada Milli Qolf Klubu inşa olunaraq istifadəyə verildi. İdmanın bu növünün təbliğatı üçün paytaxt məktəbliləri arasında müxtəlif tədbirlər keçirildi. Azərbayanda qolfun inkişafı istiqamətində görülmüş əhəmiyyətli tədbirlərdən biri də Qubada Milli Qolf Klubunun yaradılması oldu. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutan açılış mərasimində də vurğulandı ki, belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcək”.

Anar Məmmədov, həmçinin Federasiyanın xarici əlaqələrindən də danışıb: “Bundan başqa, Azərbaycan qolfunun beynəlxalq yarışlarda təmsil olunması üçün xarici qolf təşkilatları ilə sıx əlaqələr quruldu, qolf üzrə Beynəlxalq Avropa Turun rəhbər əməkdaşlarının ölkəmizə səfərləri təşkil olundu, adıçəkilən təşkilat və Azərbaycan Qolf Federasiyası arasında ölkəmizdə qolf üzrə beynəlxalq yarışların keçirilməsinə dair razılıq əldə olundu. Və artıq bu gün Qubada yaradılmış Milli Qolf Klubunda ölkəmizin tarixində ilk dəfə olaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçirilir. Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin böyük qolf aləminə atdığı ilk addım olacaq. Artıq bu turnirdən başlayaraq, gələcəkdə ölkəmiz qolf üzrə daha böyük, genişmiqyaslı yarışlara ev sahibliyi edəcək”.

Federasiya prezidenti vurğulayıb ki, turnirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eyni zamanda ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək və Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etməkdir: “Mən inanıram ki, tez bir zamanda qolf Azərbaycanda ən populyar idman növlərindən birinə çevriləcək. Azərbaycan Qolf Federasiyası olaraq, qarşımızda dayanan əsas məqsədlərdən biri də 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Vətənimiz Azərbaycanı təmsil edəcək komandanın iştirakını təmin etməkdir.  Və buna görə də, Azərbaycanın Qolf Federasiyası həmçinin yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində iş aparır. Bu istiqamətdə fəal işlər görülür, PGA aparıcı məşqçiləri və mütəxəssisləri cəlb edilib, eləcə də Türkiyə, İtaliya, Avropa Qolf Federasiyası kimi məşhur federasiyalar ilə əməkdaşlıq qurulub. Sonda yarışda iştirak edən hər bir idmançıya uğurlar arzulayır, tədbiri izləyəcək hər bir şəxsə dərin təşəkkürümü bildirirəm! Qoy, güclü olan qalib gəlsin!”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30