25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Fariz Məmmədov: "Gedirəm səhvimi düzəltməyə"

"Mattias Pelklə döyüşdən sonra bütün saytları, qəzetləri, televiziya kanallarını izlədim, heç birində özümə qarşı mənfi münasibət hiss etmədim. Bu isə onu göstərir ki, hamı mənim qədər üzülmüşdü o məğlubiyyətə. Hərçənd mən hələ də özümü məğlub hesab etmirəm. Çünki 6 raundun nəticələrinə görə üstün oldum, bir dəfə noqdauna saldım onu. Təəssüf ki, döyüşdən 2 həftə əvvəl sinəmdən aldığım zərbə hər şeyi korladı". Futbolxeber.az-ın Korner.az-a istinadən verdiyi məlumata görə, bu sözləri bu gün Qəbələdə keçirilən mətbuat konfransında məşhur boksçumuz Fariz Məmmədov deyib.

Məmmədov deyib ki, döyüşün ikinci raundundan sonra ağrılar o dərəcədə şiddətlənib ki, şoka düşüb: "Sekundantlarımın, məşqçilərimin kənardan nə dediklərini eşitmirdim, hətta döyüşdən sonra onlardan soruşdum ki, 8 raundda nə etdim, necə döyüşdüm. Zədəyə görə döyüşə çıxmaya da bilərdim, ancaq Avropa çempionluğu titulu o qədər böyükdür ki, geri addım atmaq istəmədim. Döyüşdən sonra Avstriyada müayinə olundum, bəlli oldu ki, qabırğam qırılıbmış. Avstriyadan Antalyada bərpa dövrü keçdim. Hətta qabırğam qırıq ola-ola məşqlərimi dayandırmadım. Altı aydır bu günlə yaşayıram."

F.Məmmədov qeyd edib ki, iyunun 7-də Hamburq şəhərində ümumilikdə 8 döyüş olacaq, proqramdakı əsas görüş onun Pelkin döyüşüdür: "On ilə yaxın idi Azərbaycanda döyüşmürdüm. Birinci döyüşdə məqsəd 4-5 raunda işi bitirmək idi. Ona görə birinci raunddan "dava taktika"sını seçmişdim. Bu dəfə hər şey fərqli olacaq. Taktikamız, planımız daha təmkinli, ehtiyatlı döyüşmək olacaq. Mənim uduzmağa haqqım yoxdur. Birinci döyüşdə səhv etdim, indi gedirəm səhvimi düzəltməyə. Biz azərbaycanlıyıq, qanımız qaynayandır. Cavab döyüşünə qisas döyüşü deyənlər var. Bununla razılaşmıram. Biz rinqdə rəqibik, ancaq kənarda gözəl əlcək sahibləri kimi hörmətimiz, sevgimiz var bir-birimizə qarşı".

Məmmədov revanş döyüşü üçün imzalanan müqavilədə nəzərdə tutulan xüsusi bəndin olduğunu vurğulayıb: "Mattias istəsəydi, revanş döyüşünə razılıq verməzdi. Ancaq razılıq verdi, bir şərtlə: revanş döyüşü bitən kimi növbəti revanş qarşılaşması üçün müqavilə dərhal imzalanmalıdır. İnşallah, bu revanşı udmaq və onu yenidən Qəbələyə gətirtmək istəyirəm".

Fariz Məmmədov alman həmkarının ilk döyüşdə onu bezdirən taktikasından və bu taktikaya qarşı gördüyü işdən də danışıb: "Mattias birinci döyüşdə bir hərəkətiylə məni bezdirmişdi: 2-3 zərbə vurur, bütün ağırlığını üstümə salmaqla məni qucaqlayırdı. Bu, onun taktikasıdı, bütün ağırlığını salır üstünə, sən müqavimət göstərərkən birə-beş enerji itirirsən, yorulursan və o da axıra yaxın öz işini görür, udur. 22 döyüş - 22 qələbə, hamısında bu taktika var. Ona görə də revanşa hazırlıq döyüşü üçün 185 santimetr boyu, 83 kiloqram çəkisi olan bir sparrinq-rəqib tapdıq, ancaq Pelkin həmin hərəkətini təkrarlasın, buna da hazır olum".

Boksçumuz "Qəbələ" klubunun gənclərin sağlam böyüməsi üçün gördüyü işlərdən ətraflı danışıb və ona dəstək verdiyinə görə klub rəhbərliyinə minnətdarlığını bildirib.

Mətbuat konfransında iştirak edən Məmmədovun kubalı məşqçisi Lazaro Martines boksçumuzun hazırlığının yüksək səviyyədə olduğunu deyib: "Hətta dünənki məşqdən sonra mən onu olimpiya çempionu kimi gördüm. Şükürlər olsun ki, zədəsi sağalıb və inanıram ki, qalib gələcək".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30