23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Buradakı çıxışım mənə dərs oldu”

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” turnirinin son turunda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçə edərək, sonuncu yeri tutub. Lent.az-ın məlumatına görə, Məmmədyarov görüşdən sonra jurnalistlərə açıqlamasında çıxışından razı qalmadığını bildirib.
 
O deyib: “Aqressiv oynayırdım. Bəzən lazımsız risk edirdim. Qələbə qazanmaq istəyirdim, amma məğlub olurdum. Buradakı çıxışım mənə dərs oldu. Etiraf edirəm ki, yaxşı formada deyiləm. Təşkilatçılara və xüsusilə jurnalistlərə təşəkkür edirəm. İlk gündən bütün media turniri yaxından izləyir. Səmimi etiraf edim ki, dostum və komanda yoldaşım Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə çıxış etmək çox çətin idi. Risk etməyimə səbəb Vüqara həsr olunan turniri qazanmaq istəyim idi. Vüqar bizi tərk etdi. Amma Azərbaycan şahmatçılarına daim arzuladıqları böyük turniri bəxş etdi”.
 
“Shamkir Chess 2014”ün bütün şahmat dünyasına töhfə olduğunu deyən Məmmədyarov “Synergy Group”a minnətdarlıq edib. O, turnirin yüksək təşkilatçılıq baxımından dünyada analoqunun olmadığını söyləyib: “Heç bir yarışda şahmatçılara belə yüksək diqqət göstərilməyib. Şahmat turnirlərinə görə biz Veyk-An-Ze şəhərini tanıyırıq. İndi Şəmkiri də bütün şahmat aləmi tanıyır”.
 
Tanınmış şahmatçı sonda bir xahiş edib: “Təşkilatçılardan “Shamkir Chess 2014”ü hər il keçirməklə, ənənəvi yarış etməsini xahiş edərdim. Çünki, bu turnir Azərbaycanın böyük oğlu, hamımızın çox sevdiyi Vüqar Həşimova həsr olunub. Ümid edirəm ki, növbəti illərdə Azərbaycan şahmatçıları turnirin qalibi olacaq”.
 
Qeyd edək ki, turnirdə Şəhriyar Məmmədyarov 3 xalla sonuncu yeri tutub. Qalib adını isə 6,5 xal yığan Maqnus Karlsen qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30