19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

AZAL klubu dopinqə görə bağlandı

Bakının Şüvəlan qəsəbəsində yerləşən AZAL idman klubu bağlanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, iki gün öncə AZAL-ın bütün əməkdaşlarına ərizə yazmaları tapşırılıb.
 
Bu qərarın Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən 9 idmançımıza kəsilən cəza ilə bağlı olduğu bildirilir. Həmin ağırlıqqaldıranlar dopinq-testdən keçə bilmədiklərindən, diskvalifikasiyaya məruz qalıblar. AZAL klubu isə Azərbaycan milli komandasının bazası sayılırdı.  
 
Klub nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma üzə komandanın baş məşqçisi Xanlar Nəbiyev Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib: “İki gün öncə bizə dedilər ki, klub bağlanılır, ona görə hamımız istefaya göndərilirik. Biz də ərizəmizi yazdıq. Gələcəkdə nə olacağını bilmirik”.
 
AZAL idman klubunda ağırlıqqaldırma ilə yanaşı, üzgüçülük bölməsi də olub. Klubun direktoru eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru vəzifəsində çalışmış İsgəndər Əsgərov olub. Lakin o, 9 ağırlıqqaldıranımızın dopinq -testdən keçə bilməmələri səbəbindən cəzaya məruz qalmalarının ardından hər iki vəzifəsindən istefa verib.
 
Nəbiyev bildirib ki, klub əməkdaşlarının taleyinə yeni direktor təyinatından sonra aydınlıq gələcək: “Hər yeri möhürləmişik ki, yeni direktorun gəlişinədək heç nə yoxa çıxmasın”.
 
Qeyd edək ki, Ağır Atletika Akademiyası yaxınlığında AZAL futbol klubuna məxsus stadion da yerləşir. Həmin arenada eyniadlı futbol komandası ev oyunlarını keçirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30