20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Elnur Məmmədli: “Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki...”

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli avtomobili ilə çəkdirdiyi şəkildən danışıb. Hazırda Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident postunda çalışan E. Məmmədli bununla bağlı Lent.az-a eksklüziv açıqlama verib.
 
O, “Porsche” markalı avtomobilinə 200 min manat, “10 EM 010” nömrəsini almaq üçün isə 20 min manat ödədiyi barədə iddiaları təkzib edib. Olimpiya çempionu bildirib ki, 6 il öncə olimpiya çempionu olduqdan sonra ACF rəhbərliyi ona “BMW 745” hədiyyə edib. Həmin avtomobil elə özünün istəyi ilə alınıb. Amma köhnəldiyi üçün “Porsche” ilə dəyişməli olub: “Olimpiadaya yollanmamışdan öncə federasiya prezidentimiz Füzuli Ələkbərov mənə söz vermişdi ki, qızıl medalla qayıdacağım təqdirdə, belə bir avtomobil hədiyyə edəcək. Mən çempion oldum, Füzuli müəllim də sözünün üstündə durdu. O maşını bir müddət sürdüm, köhnəldi və “Porsche” ilə dəyişdim”.
 
E. Məmmədli yeni avtomobilinin qiymətini də açıqlayıb: “Maşınım heç də 200 minlik deyil, ucuzdur. Qiymətlərdən xəbəri olan bilir ki, bu qədər qiyməti yoxdur. Yoxlaya da bilərlər. Bəli, avtomobil özümündür, amma qiyməti 70 – 80 min dollardır. Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki... Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıram, sürürəm. Qonaqlarım gəlir, bunları da nəzərə almaq lazımdır”.   
 
Nömrəyə gəldikdə, olimpiya çempionu bildirib ki, “10 EM 010”u ona çalışdığı polis orqanlarının rəhbərliyindən hədiyyə ediblər: “Buna görə heç kimə heç nə verməmişəm. Qiymətindən də xəbərim yoxdur. Çünki indiyədək nömrə almamışam. Guya nömrəyə 20 min manat pul xərclədiyimi deyirlər. Bunların hamısı yalan söhbətlərdir”.
 
E. Məmmədli cəmi 1 avtomobilinin olduğunu da vurğulayıb. O, qarajında bir neçə maşının olmasına dair xəbərləri təkzib edib: “Təki bu, gerçək olaydı. Yox, qardaş. 1 dənə maşınım var, o da “Porsche”dir. Adımı kompüterdə vurub baxanda da buna əmin ola bilərsiniz. 3-4 maşını neynirəm? Bu, köynək deyil ki, gündə birini geyinim. Özü də avtomobilimin motorunun həcmi elə də böyük deyil. Zəifdir, 3600 kubsantimetrlikdir. 5-lik motor deyil ki, bərk getsin”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30