20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Şəhriyar Məmmədyarovun ikinci qələbəsi

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Futbolxeber.az-ın məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Pyotr Svidler üz-üzə gəlib.

Son görüşlərdə özünə gələn təmsilçimiz matçı qələbə ilə başa vurub. Ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə rəqibini mat edib.

Həmyerlimiz kimi yalnız Veselin Topalov aktivinə 1 xal yazmağı bacarıb. Digər görüşlərdə isə “sülh” qeydə alınıb.

VI tur

Levon Aronyan (Ermənistan) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Pyotr Svidler (Rusiya) - 1:0

Veselin Topalov (Bolqarıstan) - Vladimir Kramnik (Rusiya) - 1:0

Turnir cədvəli: Anand - 4 xal; Aronyan - 3,5; Svidler, Kramnik, Topalov, Məmmədyarov - 3; Karyakin - 2,5; Andreykin - 2.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30